"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Azərenerji”nin bəzi səlahiyyətləri bələdiyyələrə verilsə...BəLəDiYYə üZVü TəKLiF VERiR

--2018-07-08 / 17:39

Türkiyədə təcrübə mübadiləsində olarkən Türkiyə bələdiyyə sisteminin necə formalaşması, inkişafı, həyata keçirdikləri layihələr, möhtəşəm göz oxşayan inzibatı binaları və nəhəng büdcələri barədə məlumatlar olduqca maraqlı idi.

Türk bələdiyələri hətta bəzi qonşu türk dövlətlərin bələdiyələrinə bir sıra sosial mədəni layihələrin həyata keçməsində dəstək olduqlarının şahidi olduq. Türkiyə bələdiyyələrinin bu cür nəhəng layihələrə imza atması nəhəng büdcə deməkdir. Büdcələrinin gəlirlərinin əsasını əsasən kommunal xidmətlərdən gələn gəlirlər hesabına əldə edirlər. Hətta bizdə yanğından mühafizə adlandırılan yanğından mühafizə sistemi belə Türkiyədə itfai adlandırılan qurum da bələdiyyələrin nəzarətindədir.

Yəni Türkiyədə bələdiyələr ölkənin ictimai siyasi mədəni strateji sisteminə malik əsas orqanlardır. əhaliyə kommunal xidmətləri belə Türkiyədə bələdiyyələr həyata keçirir. əhalidən yığılan kommunal vergilər yenidən əhalinin sosial mədəni məsələlərinin həllinə yönəldilir.

Azərbaycanda kommunal xidmətlər bələdiyələrə verilsə və kommunal vergilər bələdiyyələr tərəfindən toplansa necə olar? sualı Azərbaycanda son günlər yaşanan enerji böhranı zamanı məni düşündürdü.

Məsələn dövlətin mülkiyyətində enerji istehsalı sahəsində hökmranlığı qorunmaq şərti ilə, “Azərenrji”nin bəzi struktur vahidləri, paylaşdırılma, bölüşdürülmə və satış yerli özünüidarəetmə orqanlarına verilsə necə olar?

Səbinə Abdullayeva

Xətai bələdiyyəsinin üzvü

ŞƏRHLƏR